FAKTİKİ HAVA - Azərbaycanda 16 dərəcəyədək şaxta olub

FAKTİKİ HAVA - Azərbaycanda 16 dərəcəyədək şaxta olub
Sosial 241

Fevralın 22-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub.

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıya nə qədər qar yağıb? - Faktiki hava

Bakıya nə qədər qar yağıb? - Faktiki hava

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 21-i saat 11:00-a olan məlum...

422 Sosial 11:54 21 yanvar 2021

Son xəbərlər