Faktiki hava şəraiti açıqlanıb

Faktiki hava şəraiti açıqlanıb
Sosial 4

Mayın 26-sı səhərədək olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 10 mm, Şərurda 5 mm, Gədəbəydə 4 mm, Balakən, Ceyrançöl, Tovuzda 2 mm, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Bərdə, Xınalıqda 20 m/s, Mingəçevirdə 18 m/s, Naxçıvanda 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 m/s-dək olub.

Havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.

Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

May ayı üçün hava proqnozu

May ayı üçün hava proqnozu

May ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim...

417 Sosial 15:30 01 may 2020

Son xəbərlər