Faktiki hava açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Şimal rayonlarında 29 mm, Qərb rayonlarında 15 mm, Mərkəzi Aran zonasında 14 mm, Cənub zonasında isə 17 mm-dək olub, arabir güclənən şimal-qərb küləyi əsib.
Şərqi Zəngəzur və Qarabağ bölgəsində bu gün gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Oxşar xəbərlər
Avqustda da hava qeyri-sabit keçəcək? - AYLIQ PROQNOZ
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətind...