Faiq Ağayevdən 7 yaşlı Fəridlə bağlı ÇAĞIRIŞ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Faiq Ağayev məşqçisi tərəfindən öldürülən 7 yaşlı Fəridlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi feysbuk hesabındakı statusunda işə götürülən şəxslərin psixoloji müayinədən keçməli olduğunu bildirib:
"Son vaxtlar məktəblərdə, uşaq evlərində, sərnişindaşıma (ictimai nəqliyyat və taksi - red.) və idman təlimi sahələrində baş vermiş neqativ hallar bir daha təsdiqləyir ki, adıçəkilən sferalarda işə qəbul zamanı psixoloji yoxlamanın rolu danılmaz və mütləqdir. Yaramaz müəllim, məşqçi, sürücülərin insan həyatları ilə oynamalarına son qoyulmalıdır", - deyə Ağayev bildirib.
Qeyd edək ki, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...