Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər
Yeniliklərdən dərhal xəbərdar olun
"Valideynlər övladlarının həftənin hansı günündə dərsə gələcəyini məktəbdən öyrənəcəklər".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tədris planları hazırlanaraq məktəbə göndəriləcək:
"Ola bilər ki, eyni sinifdə oxuyan şagirdlər dərsə həftənin müxtəlif günlərində gedə bilərlər. Sentyabrın 8-dən sonra məktəbə müraciət etməklə bu tarixi öyrənmək olar".
Nazir əlavə edib ki, məktəblərin açılması və açıldıqdan sonrakı davranışlara aid metodik göstəricilərin yaxın günlərdə təsdiqlənərək ictimaiyyətə açıqlanması gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda iyunun 6-7-də buraxılış imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali...