Bakı məktəbində QALMAQAL; 28 uşaq sinifdə qaldı - FOTO
25
sen
2018
16:52
Bakı şəhəri Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə onlarla şagirdin sinifdə qalması valideynlərlə məktəb direktoru arasında qalmaqala səbəb olub.BAKU.WS-ə daxil olan məlumatda, bütün narazılıqların Laləndə Hasilovanın məktəbə direktor təyin edilməsindən sonra başladığı vurğulanır.Oxucuların saytımıza ünvanladığı şikayətdə bildirilir ki, L.Hasilova ötən ilin dekabr ayından 178 saylı məktəbə direktor gələndən şagirdlərin və valideynlərin günü qara olub. Bu yay 100-dən çox şagirdin qiymət vərəqələrinə yenidən düzəliş edərək 2 qiyməti yazıb və sinifdə saxlayıb. Bütün bunları isə müəllimlərin və valideynlərin xəbəri olmadan edib. Bununla da, müəllimlərlə valideyinləri üz-üzə qoyaraq böyük bir qalmaqala səbəb olub. Laləndə Hasilova BAKU.WS-ə açıqlamasında ittihamları cavablandırdı. O, oxucu şikayətində qeyd edildiyi kimi 100-dən çox şagirdin deyil, 28 şagirdin sinifdə qaldığını bildirdi: "Mən dekabrın sonunda bu məktəbə təyin edilmişəm. Yanvarın sonunda summativ qiymətləndirmə qurtarır. Ümumiyyətlə, mənim bunların hazırlanması ilə məşğul olmağa vaxtım çatmayıb. Fevralın 3-nə qədər tətil olub. Fevralın 13-dən aprelin 14-dək məntəqə sədri kimi ancaq prezident seçkiləri ilə məşğul olmuşam. Prezident seçkiləri bitdikdən sonra ilin ikinci summativ qiymətləndirilməsinə start verilib. Onu da qeyd edim ki, summativ qiymətləndirmə çox ciddi hazırlanıb. Bu məktəbdə indiyədək belə şey olmayıb. Əvvəlki qoymətləndirmələrə nəzər saldıqda çox ciddi nöqsanlara yol verildiyini gördüm və ciddi monitorinq keçirdim. Bu məktəbdə təhsilin səviyyəsi və nizam-intizam aşağı səviyyədə olub. Monitorinq keçirməkdə məqsədim problemi öyrənmək idi. Uşaqlar niyə aşağı səviyyədə oxuyurlar, niyə dərsdən yayınırlar, müəllimlər niyə dərs keçmirlər? Məktəbin nüfuzu ümumiyyətlə sıfırdır. Mən bütün bunları bilirdim, sadəcə məktəb düz evimin yanında yerləşdiyindən, Təhsil İdarəsi mənə rotasiya etdi. Bu məktəbdə müəllimlər, şagirdlər və valideynlər arasında "yolavermək" məsələsi vardır. Mən bunun qarşısını aldım. Təbii ki, qarşıdurmalar, narazılıqlar oldu. Çünki illərdir məktəbə gəlməyən uşaqlar sinifdən-sinifə keçirilib. Sual-cavab kitabçasının üstünə adını yaza bilməyən 5 və 6-cı sinif uşağı var. Burada məndən əvvəl 18 il Yusif Məmmədov direktor olub. 65 yaşına çatdıqdan sonra təqaüdə göndərildi.Bu məktəbdə 43 sinif var. İbtidai sinifdən cəmi 1 nəfər sinifdə qalıb. Təshil qanununda belə bir şey var ki, ibtidai siniflərdə uşağı sinifdə saxlamaq olmaz. Bu yalnız 2 halda mümkündür; əgər uşağın dərs davamiyyəti yoxdursa və sağlamlığı ilə bağlı problemi olarsa. Bizim halda uşaq dərsə gəlməmişdi. Valideynin öz razılığı ilə sinifdə saxladıq. Valideyn özü bildirdi ki, uşağı gələn il bacısı ilə birlikdə təkrar birinci sinifə göndərmək istəyir. Valideynin ərizəsi var, protokollaşdırmışıq. Yəni uşaq valideynin istəyilə sinifdə qalıb. Qalan siniflərdə summativ qiymətləndirmə düzgün aparılmamışdı. 2-yə yazan uşağa 4 və ya 5 qiymət verilmişdi. Təbii ki, burada maddi qiymətləndirmə olub. Mən dərs hissə müdirləri ilə monitorinq keçirib summativləri bir-bir yoxladım və düzgün qiymətləndirmə apardım. Summativdə nə yazılmışdısa, o qiyməti jurnallara köçürdük. Nəticədə bizdə, 28 nəfər sinifdə qaldı. 4 fəndən 8 nəfər, 5 fəndən 8 nəfər, 7 fəndən 6 nəfər, 8 fəndən 1 nəfər sinifdə qalıb. 3 nəfər isə ümumiyyətlə dərsə gəlmədiyi üçün sinifdə qalıb". Direktor payıza qalan uşaqların sayının çoxluğunu inkar etmədi: "Bəli, payıza qalan uşaqlar çox idi. Onlara yay tapşırıqları verilmişdi, sentyabrın 12-nə qədər imtahan verib, növbəti sinifə keçib. Düzdür, payıza qalan şagirdlərdən yüksək nəticə gözləmirdik, 3-lərini alıb, növbəti sinifə keçdilər".
178 saylı orta məktəbin direktoru Laləndə HasilovaLaləndə xanım sinifdə qalan şagirlərin və onların valideynlərinin bəzilərinin nəticə ilə razılaşmadıqlarından məlumatlı olduğunu deyir: "Sinifdə qalanların bəziləri indi üsyan edirlər. Dəfələrlə valideynlərlə görüşmüşəm, summativləri qabaqlarına qoyub, demişəm ki, baxın, bu sizin uşağınızın yazdıqlarıdır. 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm. Valideynlərin bir çoxu isə etiraz etmirlər, çünki övladlarının dərsə davamiyyətindən və qiymətlərindən xəbərləri var. Bütün sinifdə qalan şagirdlərin sual kitabçaları və cavab kartları hamısını istənilən vaxt təqdim edə bilərəm. Valideynlərin bəziləri elə bilirlər ki, biz nəyisə dəyişə bilərik. Səhv edirlər! Bütün şagirdlərin nəticələri Təhsil Nazirliyi tərəfindən idarə edilən kompüter sisteminə salınır. Yəni biz heç nəyi dəyişə bilmərik"!Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Müəllimələrilə saçyolduya çıxan məktəb direktoru işdən çıxdı – VİDEO
Dünən sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş verdiyi iddia olunan hadisənin videogörüntüsü yayılıb.BAKU.WS xəbər verir k...