Ev ala bilməyən gənc ailələrin NƏZƏRİNƏ! - Bu şəxslərə 50 min manat ipoteka krediti veriləcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzən elə vətəndaşlar olur ki, ev sahibi olmaq və ipoteka kreditlərindən faydalanmaq istəyirlər. Lakin bu sahədə bəzi güzəştlərin edilməsini istəyir.
BAKU.WS xəbər verir ki, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı yeniliklərin olacağı böyük maraqla gözlənilir.
Mövzu ilə bağlı İKZF-nin İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev "ARB-24"ün efirində mövcud sualları cavablandırıb:
"İpoteka kreditləri ödəniş qabiliyyətli və şəxsi yığımları davamlı və sabit xarakter daşıyan əhali qrupu üçün nəzərdə tutulub. Hər bir şəxs ipoteka krediti götürməmişdən əvvəl özünün qiymətləndirilməsini həyata keçirməlidir. Bunun üçün fondun internet səhifəsində ipoteka kalkulyatoru da var. Hər bir şəxs orada ona düşən maksimum kredit məbləğini müəyyənləşdirə bilər.
Tutaq ki, iki nəfərdən ibarət gənc ailədir və ümumi gəlirləri 850 AZN təşkil edir. Hazırda ölkə üzrə yaşayım minimumu 196 manatdır. İki nəfər üçün bu rəqəm 392 manat təşkil edir. Belə olan halda vətəndaş 50 min manat ipoteka krediti götürə bilər".
Oxşar xəbərlər
Azərbaycanda neçə şəxsə güzəştli ipoteka krediti verilib? - RƏSMİ CAVAB
Cari ilin 11 ayında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 325,0 mln. manat məbləğində 4880-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzə...