ETSN Bakının mərkəzində ağacların kəsilməsi iddiasını araşdırır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Azər Qəribov sosial şəbəkə hesabında məlumat və fotolar paylaşıb.
Fotolarda Bülbül prospektində piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildiyi, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq bildiriblər ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...