Ətriyyat və kosmetika mağazalarında belə davranmaq lazımdır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ətriyyat və kosmetik vasitələri satan mağazaların yenidən fəaliyyətə başlaması, xüsusən də xanımlar üçün çox sevindirici xəbər oldu.
BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, bu cür ticarət obyektlərində müəyyən məhdudiyyətlər var. Ona görə müştərilər də, satıcılar da qoyulan məhdudiyyətlərə əməl etməlidirlər.
Satıcılar qoyulan qaydalara riayət etdiklərini bildirilirlər. Müştərilərə isə bununla bağlı əvvəlcədən xəbərdarlıq edilir.
Həkim-kosmetoloq Leyli Məmmədovanın sözlərinə görə, müştəri birdəfəlik istifadə üçün nəzərdə tutulan kosmetik vasitə tələb etməlidir. Əks halda, kiminsə məsləhəti ilə alınan kosmetik vasitələr dəridə müəyyən problemlərin yaranmasına səbəb ola bilər.
Nümunə üçün ayrılmış kosmetik vasitələrdən istifadə edə bilməyəcəmiz halda mağazalara getməkdənsə, görünür, elə ən yaxşısı evdən onlayn qaydada sifariş etməyimizdir.
Oxşar xəbərlər
"Hökumət təcili tədbirlər görməlidir" - Həkimlərdən koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Paytaxtda insan çoxluğu müşahidə olunur. SMS icazə sistemin...