Ət və süd məhsullarına qarşı allergiyaya səbəb olan xəstəlik dünyaya yayılır

Ət və süd məhsullarına qarşı allergiyaya səbəb olan xəstəlik dünyaya yayılır
Sosial 63

Ət və süd məhsullarına qarşı gecikmiş allergik reaksiya ilə müşahidə olunan Alpha-gal sindromu dünyada sürətlə yayılır. Alimlərin fikrincə, bu xəstəliyin yayılmasında gənələrin rolu böyükdür. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ölkədə təxminən 450 min nəfər bu sindromdan əziyyət çəkə bilər.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Alpha-gal sindromu adını heyvanlarda təbii olaraq mövcud olan, lakin insan orqanizmində olmayan "galaktoz-alfa-1,3-galaktoz" adlı şəkər molekulundan alır. Gənə dişləyərkən bu molekul insan qanına keçdikdə, immunitet sistemi onu təhlükə kimi qəbul edir və bu da allergiyaya səbəb olur.

Xəstəliyin əlamətləri ət və süd məhsullarının qəbulundan 2-6 saat sonra yaranır: dəri qaşınması, ürəkbulanma, qarın ağrısı, şişkinlik və hətta həyati təhlükəli anafilaktik şok.

ABŞ-də və Avropada bir sıra gənə növlərinin bu xəstəliyi yaydığı aşkarlanıb. İqlim dəyişikliyi, təbiətlə təmasın artması və gənələrin çoxalması xəstəliyin genişlənməsinə səbəb olur.

Hazırda xəstəliyin tam müalicəsi yoxdur. Həkimlər ət və süd məhsullarından uzaq durmağı, yeni gənə dişləmələrindən qorunmağı və şübhəli hallarda test edilməyi tövsiyə edir.

Son xəbərlər