Ermənistan üçün nəzərdə tutulmuş məhsul Azərbaycana necə gətirildi? (VİDEO)
Azərbaycanda marketlərdə Ermənistan bazarı üçün satışı nəzərdə tutulan "Nutella” şokolad yağlarının satıldığı ilə bağlı video yayılıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan görünür ki, "Nutella”nın şüşə qabının üzərində "Engin LTD” MMC-nin bu məhsulları Azərbaycana idxal etdiyi bildirilir. Yəni həmin şirkət sözügedən şokolad yağlarını Azərbaycana gətirir.
Məsələ burasındadır ki, qablaşdırmanın üzərindəki Engin LTD şirkətinin adı yazılan etiket sonradan yapışdırılıb. Etiketi qopardıqdan sonra "Nutella”nın Ermənistana idxalı ilə məşğul olan "Slav Group” şirkətinin adı qeyd olunur. "Slav Group” həmin şokolad yağlarının Ermənistan ərazisinə gətirilməsi ilə məşğul olan şirkətdir.
Sual yaranır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyon insanın qaçqın və məcburi köçkün halına düşməsinə səbəb olan Ermənistanın bazarında satışı üçün nəzərdə tutulan şokolad yağları Azərbayana necə idxal olunub? Azərbaycanda fəliyyət göstərən şirkət Ermənistan üçün nəzərdə tutulan məhsul partiyasının satışından imtina edərək bu pulu qazanmaya da bilərdi.
Məsələ ilə bağlı Engin LTD şirkəti ilə əlaqə saxladıq. Şirkətin xarici əlaqələr üzrə şöbə müdiri Leyla Seyidova BAKU.WS-ə açıqlama verərək məsələyə aydınlıq gətirdi:
"Engin LTD şirkəti İtaliyanın Ferrero şirkətinin 2003-cü ildən eksklüziv distribüteridir. Həmin ildən "Rafaello”, "Ferrero Roshen”, "Nutella” və digər məhsulları Azərbaycana idaxal edirik. Dünyanın bir sıra ölkələrində "Ferrero” şirkətinin zavodları var. "Engin LTD” şirkəti olaraq "Ferrero” məhsullarını yalnız Polşa və İtaliyadan idxal edirik. "Rafaello” "Ferrero” şirkətləri haqqında danışanda qeyd etmək lazımdır ki, "Ferrero” qlobal şirkət olduğu üçün məhsulların üzərində bir neçə dil var. Eyni zamanda erməni dili də mövcuddur. Bu məhsul Ermənistandan Az\rbaycana gəlmir və gələ də bilməz. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti, Gömrük xidməti və digər qurumlar fəaliyyət göstərir”.
L.Seyidova bildirdi ki, rus dilində yazılanlar insanlara yanlış istiqamət verir.
"Azərbaycan, rus, erməni dilləri etiketin üzərində var. Ermənistan Rusiya ilə Gömrük Birliyinə daxildir. Bu birliyin tələbidir ki, hər məlumat rus dilində yazılsın. Qablaşdırmanın üzərində qeyd edilən yazıda "Slav Group” idxalçıdır. Bu şirkət yalnız Ermənistan ərazisində idxalçıdır. Azərbyacana heç bir adiyyati yoxdur. Bazarda olan köhnə və yeni bəzi məhsullarda görə bilərsiniz ki, bəzən məlumatlar Azərbaycan dilində olmur. Bu təbiidir. Şirkətimiz Azərbaycan qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Ona görə də şirkətimiz tərəfindən üzərində Azərbaycan dili olmayan məhsul gətirilmir. Məcbur olub üzərində Azərbaycan dilində məlumat yerləşdiririk”, - şöbə müdiri bildirdi.
Leyla Seyidova həmçinin qeyd etdi ki, "Engin LTD” MMC-nin qanunvericiliyə uyğun olaraq sertifikatları mövcuddur.
Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə BAKU.WS-ə bildirdi ki, Komitə sahibkarlıq sahəsində hazırda yoxlamalar həyata keçirmir.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması barədə qanun qüvvədədir. Ona görə də Komitə hələlik yoxlamalar aparmır. Lakin sahibkarlar bundan sui-istifadə edərək məhsulların Azərbaycana idxalı ilə bağlı qanunvericiliyə uyğun fəaliyyət göstərməlidirlər.
Qeyd edək ki, Komitənin saytında oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə akkreditasiya olunan orqanlarln siyahısında Engin LTD MMC-nin adı yoxdur.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
"Engin LTD" MMC-nin redaksiyamıza təqdim etdiyi sertifikatları təqdim edirik:
Saməddin Mehralıyev
BAKU.WS
Oxşar xəbərlər
Dubaydan bu malların gətirilməsi qadağan edildi - SİYAHI
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub. Bu barədə "Camex" yerli karqo şirkətindən müştərilər...