Ermənistanda koronavirus tüğyan edir - Ölənlərin sayı artır

10
noy
2020
11:33
Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 1221 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 29 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 108687-ya yüksəlib. Ümumilikdə Ermənistanda 1609 nəfər virusdan ölüb.
Hazırda Ermənistanda 41790 aktiv koronavirus xəstəsi var.
Oxşar xəbərlər
Ermənistanda koronavirus xəstələrinin sayı 100 mini ötdü - Ölənlərin sayı durmadan artır
Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Yayılan məlumata görə,...
