Ermənilərin Tərtərdə hədəfə aldığı mülki ev - VİDEO

Ermənilərin Tərtərdə hədəfə aldığı mülki ev - VİDEO
Video
Sosial 191

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtərin Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri və rayonun Qapanlı və Yuxarı Qaradağlı kəndləri heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Baku TV-nin bölgə müxbiri adıçəkilən kəndlərdə olub və vəziyyətlə yerindəcə tanış olub.

Bildirilib ki, son on beş ayda həmin kəndlərə bircə güllə də atılmayıb. Yalnız ötən gecə bu sabitlik pozulub.

Süjetdə yaşayış evinə dəymiş ziyandan da söz açılıb.

Həmin reportajı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər