Ən çox plan yeri ayrılan peşə ixtisasları açıqlanıb RƏSMİ
Peşə təhsili üzrə qəbul planının 44 faizi yəni, 14 min 580 yeri iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərini əhatə edir.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.
Direktor bildirib ki, qəbul siyasəti əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınmaqla formalaşdırılır. Ən çox plan yeri ayrılan ixtisaslar sırasında aşpaz (2040 yer), bərbər-vizajist-manikürçü (1320 yer), dərzi (1320 yer), elektrik montyoru (1140 yer), əməliyyatçı-mühasib (1140 yer), elektrik qaz qaynaqçısı (1040 yer), kompüterlərin təmiri və xidməti üzrə texnik (800 yer), qrafik dizayner (720 yer), avtomobillərin təmiri çilingəri (720 yer) və bitkiçilik mütəxəssisi (640 yer) yer alır.
Oxşar xəbərlər
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
Şəki Reabilitasiya Mərkəzində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqə...