Əminə Ərdoğan iftar süfrəsi açdı - Sərvər Bəşirli ilə görüşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin birinci xanımı Əminə Ərdoğan fevralın 6-da dəhşətli zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində könüllülər və zəlzələdən zərərçəkmiş şəxslər üçün iftar süfrəsi açıb.
BAKU.WS Anadolu Ajansına istinadən xəbər verir ki, tədbirdə qırmızı rəngli köhnə avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan Sərvər Bəşirli də iştirak edib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat S.Bəşirlinin gördüyü işlər barədə məlumat verib.
Qarabağın işğalı zamanı insanların çadırlarda yaşadığını xatırladan Büyükfırat Bəşirlinin də 30 ildir çadırda yaşadığına diqqət çəkib:
"Bazarın yanından keçəndə kimsə o şəkli çəkib. Deyir evə gələndə gördüm ki, hamı məni axtarır. Maşınım 1981-ci ildir. Sürmək qadağan olunduğuna görə, elə bildim cərimə olunmuşam. Yoxsa, məni niyə bu qədər axtarırlar? Sonra görüb ki, günün fotosu olub. Bəşirli hamımıza ümid verdi. "Bu uşaq belə imkansızlıqda bunu bacarırsa, biz də bir şey etməliyik", - deyən milyonları heyran etdi".
Bəşirli dəvətdən məmnunluğunu ifadə edərək, “Allah bir daha bizə belə acı yaşatmasın”, - deyib.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...