Emin Hüseynov: "2040-cı ilə qədər Ağdamda 100 min nəfər əhalinin yaşaması planlaşdırılır"

Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: "Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq.
Ümid edirik ki, 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçünü təmin edəcəyik. Şəhərin baş planına əsasən, 2040-ci ilə qədər şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri olacaq".
Oxşar xəbərlər
Xırdalan sakinlərinə ŞAD XƏBƏR - Sabahdan...
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömr...
