Emin Əmrullayev: “Xoşbəxt Yusifzadə Azərbaycan elmi üçün böyük dəyərə malik şəxsiyyət idi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan elmi üçün böyük dəyərə malik şəxsiyyət idi”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Emin Əmrullayev Xoşbəxt Yusifzadənin Azərbaycan elminə verdiyi töhfələrindən bəhs edib:
“Xoşbəxt müəllimin Azərbaycan neft sənayesinə, geologiya elminə verdiyi töhfələr həm indi, həm də gələcək dövr üçün Azərbaycan xalqına xidmət göstərəcək. Bu mənada Xoşbəxt müəllim Azərbaycan elmi üçün böyük dəyərə malik şəxsiyyət idi. Allah rəhmət eləsin”.
Oxşar xəbərlər
Prezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Y...