Emin Əmrullayev: "Ümid edirik, tədrisi arasıkəsilmədən başa çatdıracağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
"Bu şəraitdə başlamaq kifayət qədər məsuliyyətdir. Ümid edirik ki, tədrisi arasıkəsilmədən başa çatdıracağıq", - nazir bildirib.
O həmçinin xatırladıb ki, yeni tədris ilini şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.
Peyvəndləmə başlanan ilk vaxtlarda nəinki müəllimlər, eləcə də bir çox vətəndaş ehtiyat edib qorxurdu. Lakin zamanla hər kəsə başa düşdü ki, pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. İctimai yerdə çalışmaq o deməkdir ki, sağlamlığımıza önəm verməliyik.
Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".
Oxşar xəbərlər
Vaksin olunan müəllimlərə daha çox dərs saatı veriləcək - RƏSMİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar müsahibə verib. BAKU.WS həmin müsahibəni təqdim e...