Emin Əmrullayev: “İbtidai sinif müəllimi institut direktorundan çox maaş alır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda ibtidai sinif müəlliminin əmək haqqı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.
BAKU.WS AzEdu.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” bildirib.
“Bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir. Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əmək haqları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...