Emin Əmrullayev bağçalara şagird və işçi qəbulundan danışıb

Emin Əmrullayev bağçalara şagird və işçi qəbulundan danışıb
Sosial 137

Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bağçalara işçi və şagird qəbulu ilə bağlı məsələlərə toxunub.

BAKU.WS xəbər verir ki, nazir sentyabr ayı üçün qəbul onlayn şəkildə mərkəzləşdirilmiş qaydada olacağını bildirib.

"Xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il vakansiyaların elan edilməsi və işə qəbul aparılacaq. Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə nazir bildirib.

Emin Əmrullayev həmçinin vurğulayıb ki, şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə qəbulu yay aylarından başlanılacaq:

“Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və işə qəbul MİQ vasitəsilə olacaq. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti ilə bağlı yaxın günlərdə, Novruzdan sonra açıqlama verəcəyik”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər