Emil Rəhmanoğlunu narkotikə kim öyrəşdirdi? - Həyat yoldaşı hər şeyi danışdı - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı musiqiçi Emil Rəhmanoğluna həsr olunub. Mərhum musiqiçi ilə bağlı xatirələrini bölüşən həyat yoldaşı Sabrina Həmzəyeva onun xəstəliyi haqqında danışıb:
"Dedilər ki, ayağı kəsilməlidir, tromb yaranıb. Qışqırdı, bağırdı, "yox, yox" dedi. Üzünə baxdım, dedim, dəlisən? Bir ayaqla səni ataram? Həmişə ona deyirdim ki, bizim o qədər gənc qazilərimiz var. Sən onlardan artıq deyilsən. Yola gətirdim, apardıq, dedilər ki, gecdir".
Skripka ifaçısı, mərhumun dostu Ramin Həsənov ondan ötrü darıxdığını söyləyib: "Emil üçün, onun sənəti üçün darıxacağam. Çünki indi musiqiçi azdır. Bizim Emillə birlikdə "Biləydin kaş" adlı mahnımız var. Orada pianonu və skripkanı mən ifa etmişəm. Bir dənə o mahnımız yadigar qaldı".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı: "Ona görə çox peşmanam" - VİDEO
Baku TV-də "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tanınmış telejurnalist Elnur Əşrəfoğluna həsr olunub. Elnur Əşrəfoğlu t...
