Əməkdar artist Cabir İmanovla vida mərasiminin yeri məlum oldu
Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
Onun sözlərinə görə, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.
Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında vəfat edib.
***19:06
Əməkdar artist Cabir İmanovun dəfn yeri açıqlanıb.
BAKU.WS xəbər verir ki, mərhum sənətkar paytaxtdakı Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Onunla vida mərasimi Cümə məscidində baş tutacaq.
***18:47
Əməkdar artist Cabir İmanovun nəşi Əjdərbəy məscidindən evinə aparılıb.
BAKU.WS xəbər verir ki, onunla vida mərasimi sabah keçiriləcək.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə də aparılmışdı.
Qalereya
Oxşar xəbərlər
Qaxda 200 illik tarixi olan məscid qəzalı vəziyyətdə: "İbadət edənlər məcbur qalıb Zaqatalaya gedirlər"
Qax rayonunun Çinarlı kəndində yerləşən məscid yararsız vəziyyətə düşüb. Tarixi ibadət ocağının dam örtüyü, demək olar ki, tamamilə dağılıb, tavanı isə uçma təh...