“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq
Sosial 166

Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikləri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər