Elşad Miridən Hacı Şahinlə bağlı PAYLAŞIM

Elşad Miridən Hacı Şahinlə bağlı PAYLAŞIM
Sosial 869

Din xadimi Elşad Miri bu gün səhər dünyasını dəyişən Hacı Şahin ilə bağlı paylaşım edib.

BAKU.WS-in xəbərinə görə, o, bu barədə sosial şəbəkə hesabında Hacı Şahinin ölümünə üzüldüyünü bildirib:

"Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim. Eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzüldüm. Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbr diləyirəm. Hər şeyimizlə Allaha məxsusuq və Ona qayıdacağıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər