Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb.
BAKU.WS xəbər verir ki, bunu dinşünas Elşad Miri "Baku TV"nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib.
Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: "Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, müştəri gözü ilə baxırlar. Şagirdlər arasında da ayrı-seçkilik yaranır, nisbətən zəif geyinən şagird yoldaşları tərəfindən lağ obyektinə çevrilir".
Dinşünas qeyd edib ki, dövlət məktəblərində kifayət qədər yüksək səviyyəli dərs tədris olunur: "Burada isə artıq standart, vahid formaya keçid müəyyənləşdirilməli, bu kimi müzakirələrə son qoyulmalıdır. Biz gələn müzakirələrdə artıq məktəblilərin uğurları barədə danışmalıyıq".
Oxşar xəbərlər
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi is...