Elnur Şükürov azadlığa çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Səda TV" "YouTube" kanalının aparıcısı, jurnalist Elnur Şükürov azadlığa buraxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, üçillik həbs cəzası bu gün başa çatan E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Qeyd edək ki, Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Şükürov dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlasa da, Ali Məhkəmə cəzanı üç ilə endirmişdi.
Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülmüşdü.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...