Elnur: "Məkkəni övladımın iyini qoxulaya-qoxulaya ziyarət etmişəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Elnur Məmmədov Məkkə şəhərindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, ifaçı oğlunu təbrik edib:
"Bu gün 1 İyun - uşaqların günüdür, bayramıdır. Uşaqlar Allahın bizə ən gözəl hədiyyəsidir. Allahım, arzusunda olan hər kəsə nəsib et. Məkkəni, Mədinəni Allahın mənə bəxş etdiyi övladımın, cənnətimin iyini qoxlaya-qoxlaya, yəni övladımın paltarını özümlə götürüb, iyini içimə alaraqdan bu gözəl məkanları ziyarət eləmişəm. Əziz balam İnam, səni bu bayram münasibəti ilə və sənin simanda bütün uşaqları səmimi qəlbdən təbrik edirəm. Sağlam olun, gözəl balalar", - deyə müğənni qeyd edib.
Qeyd edək ki, Elnur Məmmədovun ötən il İnam adlı oğlu dünyaya gəlib.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Ümrə ziyarətinə gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür. BAKU.WS xəbər verir ki, bu barəd...