Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, E. Hidayətoğlu peşəkar fəaliyyətinə səhiyyə sahəsində ictimaiyyətlə əlaqələr istiqamətində davam edib. O, 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri, 2023-cü ilin dekabr ayından isə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, E. Hidayətoğlu bu ilin aprel ayında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Oxşar xəbərlər
Oqtay Əmənullayev vəzifəsindən azad olunub
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub. BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, artıq...