Əlilliyi olan şəxslərin vaksinasiya prosesi necə aparılır? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə əlilliyi olan şəxslərin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin evdə və ya yaşadıqları ərazi üzrə poliklinikada yerinə yetirilməsi müzakirə edilib.
BAKU.WS-in məlumatına görə, məsələ barədə Bakı Baş Səhiyyə İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə peyvəndləməyə start verilən gündən əlilliyi olan şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib:
“Əksəriyyət artıq peyvənd olunub. Həmin şəxslər və ya yaxın adamı ərazi üzrə poliklinika, yaxud sahə həkimi ilə əlaqə saxlayır. Poliklinikadan da təcili tibbi yardıma məlumat verilir.
Sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək təcili tibbi yardım briqadası ilə birlikdə qeyd olunan ünvana gedir”.
Oxşar xəbərlər
Təcili Yardımın baş həkimindən hərarəti 38-ə çatmayanlara: "Ağır xəstənin haqqına girirsiniz"
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev pandemiya dövründə təcili yardımın təşkili, çağırışlara gecikmə...