Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
Ombudsman Aparatında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi, Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qrupları yaradılıb..
Bu barədə BAKU.WS-ə Ombudsman Aparatından məlumat verilib.
Monitorinq qruplarının yaradılmasında əsas məqsəd Müvəkkilin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" konvensiyaların implementasiyasının təşviqi, eyni zamanda, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirməkdən ibarətdir.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...