Ekspres avtobusların taleyinə aydınlıq gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.
Bu barədə məlumat Bakı Nəqliyyat Agentliyindən verilib. BAKU.WS-in məlumatına görə, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada sərnişinlərin xidmətində olacaq.
Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək. Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qayadada nəzərə alınacaq.
Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-si saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusları ilə bağlı yeni təklif hazırlanıb
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtla...