Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: "O kadrlara baxanda utandım"

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım
Video
Sosial 45

"Bizim cəmiyyətdə təbrik mədəniyyəti də düzgün deyil. Bizə elə gəlir ki, təbrik etmək üçün hədiyyə mütləq bahalı olmalıdır. Mən həmin kadrlara baxanda utandım".

Bunu Baku TV-nin "Aktual gündəm" verilişində Tovuz rayonunda valideynlərin müəllimə qızıl üzük hədiyyə etməsi ilə bağlı müzakirə aparılarkən yazar Almaz Bəyazid deyib.

O qeyd edib ki, müəllimə belə bir hədiyyənin təqdim edilməsi yolverilməzdir.

Məktəbsünas Elşən Qafarov isə elm və təhsil naziri Emin Əmrullayevin bir neçə ay əvvəlki fikrinə diqqət çəkib.

"Elm və təhsil naziri açıq şəkildə bildirdi ki, olimpiada pulsuz olmamalıdr. Bu, müəllimi məcbur edir ki, valideynlərdən pul yığsın. Nəticədə müəllim görür ki, bu məsələyə görə tədbir görülmürsə, hər hansı zinət əşyasını hədiyyə kimi qəbul edərkən də problem olmayacaq", - deyə o bildirib.

Son xəbərlər