Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın"
Son zamanlar piyadaların yüksəksürətli yollardan keçərək sürücülərə çətin anlar yaşatması və bəzən qəzalara səbəb olması halları ilə tez-tez qarşılaşırıq.
Ekspertlərin fikrincə, piyadalara tətbiq olunan cərimə mexanizminin kifayət qədər sərt olmaması onların yolu qaydadan kənar, istədikləri yerdən keçmələrinə şərait yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, piyadalara tətbiq olunan cərimə məbləğləri artırılmalıdır. Hazırkı məbləğin az olması və məcburi alınmaması onlarda arxayınlıq yaradıb.
"Bu məsələni belə bir istiqamətdə də həll etmək olar: məlumdur ki, bu gün sürücü cərimə olunursa, həmin məbləğin müəyyən bir faizi cəriməni tətbiq edən Yol Patrul Xidməti əməkdaşının əməkhaqqına əlavə olunur. Eyni sistem piyadalara qarşı da tətbiq edilə bilər. Düşünürəm ki, belə olan halda məsuliyyətsiz piyadalar özlərini təhlükəyə atmaqdan çəkinərlər", - deyə o qeyd edib.
Oxşar xəbərlər
"Ömrümdə ilk dəfə bu qədər pul görmüşdüm" - Xırdalanda mənzil arzusu kabusa çevrildi
Qusar rayon sakini Xırdalan şəhərində mənzil sahibi olmaq istəyərkən tanışı vasitəsilə İrşad adlı şəxslə əlaqə yaradıb və evin tikilməsi üçün ona 29 min manat p...