"Əkinçi - 150 il": "Baku TV" və "Haber Global" mükafatlandırıldı
Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı tədbirlər davam edir.
Bu qəbildən növbəti tədbir "EMEDİA GROUP" media təşkilatının təşəbbüsü, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
"Əkinçi - 150 il: Tariximizin sözüdür" və "Qərbi Azərbaycan tarixini xalçalar danışacaq" adlı tədbirin məramı tariximizi yaşatmaq, dəyərlərimizi, maddi-mədəni irsimizi unudulmağa qoymamaq və gələcək nəsillərə ötürməkdir.
Tədbirdə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təsis edilən "Əkinçi" mükafatı təqdim olunub.
Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində dövlət qurumları, özəl şirkətlər və ictimai təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə "Global Media Group"a daxil olan media qurumları mühüm uğurlara imza atıb.
"Əkinçi - 150 il: Tariximizin sözüdür" adlı tədbirdə "Baku TV" və "Haber Global" telekanalları "Sözümüz tariximizdir" nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadlığa buraxıldılar
Beş ay əvvəl lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sabi...