Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Ətin qiyməti ucuzlaşdı
Bakıda ət 3-4 manat ucuzlaşıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb.
Satıcılar deyirlər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.
Alıcılar isə qiymətlərdə dəyişiklik olmadığını deyirlər.
Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15 manat, 15 manat 50 qəpik, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin...