Əhaliyə vacib XƏBƏRDARLIQ - Fevralın 1-dən...

Əhaliyə vacib XƏBƏRDARLIQ - Fevralın 1-dən...
Sosial 725

Fevral ayının ilk günü Yerdə güclü maqnit qasırğası olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri bildiriblər.

Alimlərinin fikrincə, bu gün, yanvarın 30-da Yerin maqnitosferi 24 saat ərzində sakit vəziyyətdə olacaq.

"Maqnitosferin sakit olma ehtimalı 78% təşkil edir. Geomaqnit pozğunluqları ehtimalı 15% təşkil edir. Maqnit qasırğalarının ehtimalı 7% təşkil edir. Son üç saat ərzində maqnitosferdə sakitlik hökm sürür. Son 24 saat ərzində heç bir maqnit qasırğası baş verməyib".

Qeyd olunub ki, fevralın 1-də güclü maqnit qasırğasının gözlənilir.

"Növbəti güclü maqnit qasırğası fevralın 1-də gözlənilir. Onun gücü 5 xal olacaq. Bu gün baş ağrıları mümkündür. Əhvalın kəskin dəyişməsi, güc itkisi, depressiya müşahidə oluna bilər. Psixi vəziyyətinizi izləyin: emosional gərginlikdən və stresli vəziyyətlərdən qaçın. Fırtına zamanı spirtli içkilərdən, siqaretdən və güclü qəhvədən uzaq durun. Ciddi pəhrizlərdən çəkinin, yağlı, duzlu, ədviyyatlı və hisə verilmiş qidaları diyetinizdən çıxarın. Sıx fiziki fəaliyyət göstərməyin", - portalın müəllifləri bildiriblər.

Son xəbərlər