Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə SU OLMAYACAQ
Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində olacaq.
Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.
Oxşar xəbərlər
Sabah 21 dərəcə isti olacaq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Mill...