Əhaliyə ŞAD XƏBƏR: Kimlərin təqaüdünün nə qədər artdığı məlum oldu

Əhaliyə ŞAD XƏBƏR: Kimlərin təqaüdünün nə qədər artdığı məlum oldu
Açıqlama
Sosial 8208

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təhsil alan vətəndaşlarımızın təqaüdlərinin artırılması həyata keçirildi. Məhz sosial paketin yeni bir istiqaməti olaraq təqaüdlərdə artımlar reallaşdı". 

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, həm doktorantura, həm magistratura, həm də bakalavr səviyyəsində təhsil alan, eyni zamanda peşə təhsilində təhsil alan şəxslərin təqaüdlərində artımlar baş verdi:

"Nəzərə almaq lazımdır ki, təqaüdlərin artırılması 2025-ci ildə icra edilən beşinci sosial paketin əsas elementlərindən biridir, Belə ki, daha öncə sosial paket həm minimum əməkhaqqı alan, həm də bəzi dövlət qurumlarında çalışan vətəndaşlarımızın maaşlarında artımlarla müşahidə olundu və minimum pensiyada artımlar reallaşdı. 

Eyni zamanda iyulun 1-dən etibarən isə sosial müavinət və bir sıra təqaüdlərdə artımlar həyata keçirilmişdi. Bu baxımdan artıq sosial paketin yeni istiqaməti olaraq biz təqaüdlərdə artımların həyata keçirilməsini müşahidə etdik. Cənab Prezident tərəfindən imzalanmış sərəncamla artıq təqaüd artımları reallaşdı. 

Praktiki olaraq, bu ali təhsil müəssisələrində təhsil alan vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması baxımından vacibdir. Bu, bir daha təsdiq edir ki, bir tərəfdən həmin vətəndaşlarımızın sosial müdafiəsi Azərbaycan üçün prioritetdir. Cənab Prezidentin rəhbəri həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Eyni zamanda bu insan kapitalının inkişafı və formalaşması baxımından da vacibdir. Çünki nəticə etibarən bu, bütövlükdə insan kapitalının formalaşmasına və təhsilə marağın artmasına təşviq etmiş olur". 

Qeyd edək ki, sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;

orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat;

peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;

- akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;

- akademik göstəriciləri "3"–"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat.

Orxan Hüseyn

Son xəbərlər