Əhalinin NƏZƏRİNƏ: Aprelin müavinət, təqaüd və ünvanlı yardımları ödənildi
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
BAKU.WS fondun yaydığı məlumata istinadən xəbər verir ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, aprel ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb.
Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da ödənilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...