Əhalinin NƏZƏRİNƏ: Bəzi məhsullar UCUZLAŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.
BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma ötən ilin eyni dövrü bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.
Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım olduğunu deyirlər.
Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlər də var.
Kartofun kiloqramı isə 1,5-2 manat arasında dəyişir. Yenisi 4 manatdır. Soğan bazarda 80 qəpik -1 manata, göyərtinin 1 dəsti 10 qəpiyə, bibərin ədədi 30 qəpiyə, kiloqramı isə 2 manata təklif olunur.
Satıcılar deyirlər ki, havalar istiləşdikcə, qiymətlərdə enmə müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...