Əhalinin diqqətinə! Bu ərazidə qaz olmayacaq
06
noy
2024
09:40
Bu gün Bakının Nərimanov rayonunun bir küçəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Neftçalada yanvar faciəsinin şahidi: Sovet əsgərlərinin vəhşiliyini sözlə ifadə etmək çətindir
Axşam saat 7 radələrində binanın qarşısındakı küçəyə tanklar, BTR-lər gəldi. Boydan uca, əli silahlı insanlar peyda oldu. Binanı birbaşa atəşə tutdular. BAKU.WS...