Əfsanənin toyunun keçirildiyi restoran CƏRİMƏLƏNDİ
Astarada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyunun keçirildiyi şadlıq sarayının sahibi cərimələnib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, şadlıq sarayının sahibi Amal Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Protokola əsasən, Amal Rəhimov 1000 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, hadisə Astara rayonunun Deqədi kəndində baş verib. "Ata Yurdu" şadlıq sarayında evlilik yaşına çatmayan Əfsanə İmanovanın toy mərasimi zamanı halı pisləşib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 28-i, saat 22:00-da 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Paytaxtı digər şəhərə köçürməklə tıxac problemi həll olacaq? - VACİB AÇIQLAMA
Son illərdə Azərbaycanda da zaman-zaman paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ideyası ictimai müzakirələrdə səslənir. BAKU.WS-in məlumatına görə, bu yanaş...