EBRD: 50-60 mənzillik pilot layihələr dövlət-özəl tərəfdaşlığını başlada bilər
Mənzil sahəsində dövlət-özəl tərəfdaşlığı mərhələli yanaşmaya və aydın strateji baxışa ehtiyac duyur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) gender bərabərliyi və iqtisadi inklüzivlik istiqamətinin rəhbəri Pavel Krasnı (Pawel Krasny) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyasında bildirib.
"Əlçatan mənzil sahəsində dövlət və özəl sektorun səmərəli qarşılıqlı fəaliyyəti etimadın mərhələli şəkildə formalaşdırılması və düşünülmüş strategiya olmadan baş tuta bilməz. Heç bir hökumət hakimiyyətə gələn kimi elə ertəsi gün dövlət-özəl tərəfdaşlığını başlatmır. Bu, uzunmüddətli və mürəkkəb bir prosesdir", - o qeyd edib.
P.Krasnı vurğulayıb ki, hətta nisbətən kiçik pilot təşəbbüslər, məsələn, 50-60 əlçatan mənzilin inşası, birgə işə hazırlıq əlaməti ola və gələcək qarşılıqlı fəaliyyətin vektorunu müəyyən edə bilər.
O, həmçinin konkret layihələrin müzakirəsi ilə ümumilikdə investisiya ekosisteminin təkmilləşdirilməsi barədə diskussiya arasında aydın fərqin qoyulmasının vacibliyinə diqqət çəkib.
Oxşar xəbərlər
Nazir: "İyunun 5-də Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək"
"Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliy...