DYP təmizlik işçilərinə işıqqaytaran jiletlər verib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) təmizlik işçilərinə işıqqaytaran jiletlər verib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
"Yollarımızın, küçələrimizin, yaşadığımız şəhərlərin təmizliyini təmizlik işçilərinə borcluyuq. Bayram günlərində BDYPİ yollarda çalışanlara təhlükəsizlik məqsədilə işıqqaytarıcı elementləri olan jiletlər və müxtəlif hədiyyələr təqdim edib. Yollarda çalışan istənilən şəxs BDYPİ-yə müraciət etməklə bu jiletlərdən əldə edə bilər. Günün qaranlıq vaxtı bu jiletlərin istifadəsi təhlükəsizlik baxımından mütləqdir”, - o qeyd edib.
Oxşar xəbərlər
Yol polisi piyadaları qaranlıq vaxtı əlvan və işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etməyə çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. İdarədən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, piyadalar sutkanın qaranlıq vaxtında yola çı...