Yol polisi piyadaları qaranlıq vaxtı əlvan və işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etməyə çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
İdarədən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, piyadalar sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər.
"Gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür. Nəticədə yol nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz olur.
Piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər", - müraciətdə qeyd edilib.
Oxşar xəbərlər
DYP sürücülərə xəbərdarlıq etdi
“Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobil...