DYP sürücülərə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
BAKU.WS müraciəti təqdim edir:
"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün yol hərəkəti iştirakçılarını ürəkdən təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün hər kəsi küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq.
Qeyri-iş günlərində rayonlararası yollarda hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Mənzil başına sağ-salamat çatmağınız, bayramı xoş əhval-ruhiyyə ilə keçirməyiniz üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi xahiş edirik".
Qalereya
Oxşar xəbərlər
DYP bayramla əlaqədar sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına m...