DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
BAKU.WS xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb.
Bildirilib ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhkükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir.
Qeyd edək ki, meteoroloji proqnozlara əsasən, bu gün Azərbaycanın bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir.
Oxşar xəbərlər
Yeni yayılan virus nə qədər təhlükəlidir? - AÇIQLAMA
Tibb elmləri doktoru, Piroqov Universitetinin Klinik Tibb İnstitutunun infeksion xəstəliklər və epidemiologiya kafedrasının professoru Murad Şaxmardanov bildiri...