DYP əməkdaşı ilə sürücü arasında gərginlik - VİDEO

DYP əməkdaşı ilə sürücü arasında gərginlik - VİDEO
Video
Sosial 1462

Masallı rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşının sürücüyə qarşı kobud davranışını əks etdirən videogörüntü yayılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş iddia edir ki, Masallı rayonunda DYP alayının 11-ci taqımının əməkdaşları onu döyüb.

Masallı rayonunda DYP-nin əməkdaşları tərəfindən döyüldüyü iddia edilən 19 yaşlı Əliyev Sadiq Pərviz oğlu bu barədə 11-ci taqım komandiri Qafarov Hikmətə müraciət edərək, DYP-nin 99-YP-945 dövlət nömrə nişanlı xidməti avtomobildəki müşahidə kamerasına baxış keçirilməsini, həmin müşahidə kamerasında döyülməsi faktının olmasını və yol polisi əməkdaşları barəsində ciddi tədbirlər görülməsini xahiş edib.

Bundan başqa, DYP-nin 11-ci taqım komandiri Hikmət Qafarovun ona “Əməkdaşlarımız düz edib, səni döyüblər!”, - deyə cavab verməsi iddia olunur.

Paylaşımda o da qeyd olunub ki, həmin polis əməkdaşları S.Əliyevi şərləyib tutdurmaq istəyir. Bildirilir ki, buna səbəb olaraq onun Yol Polisi əməkdaşlarını təhqir etməsi irəli sürülür.

Xatırladaq ki, DYP əməkdaşlarının S.Əliyevi hansı səbəbdən saxladıqları məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında məsələnin araşdırılacağını deyib:

“Görüntülərdə iddia edilən kimi, döyülmə faktı olmadığı üçün vətəndaşın rəsmi müraciəti əsasında araşdırma aparıla bilər. Bütün hallarda məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13615 Sosial 16:25 16 mart 2020

Son xəbərlər