DYP: Əlverişsiz hava şəraitində sürücülər sürət həddini minimuma endirməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə BAKU.WS-ə idarədən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkədə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi gözlənilir:
"BDYPİ verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Həmçinin piyadalar da məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər".
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...