DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında yollarda görünüş məsafəsi məhdudlaşıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı xəbərdarlıqda bildirilib.
Xəbərdarlıqda qeyd olunub ki, qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Şəki sakinlərinə ŞAD XƏBƏR: 1 milyona yaxın pul ayrıldı
Şəki şəhərində yolların asfaltbeton örtüyünün əsaslı təmiri nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, təmir işləri Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən hə...